Amerikalı ekspertlər: layihələndirmə işində yeni texnologiyalardan istifadə çox vacibdir

Amerikalı ekspertlər: layihələndirmə işində yeni texnologiyalardan istifadə çox vacibdir ABŞ-ın Silikon Vadisinin ekspertləri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

Universitetdən ZiM.Az-a bildiriblər ki Şimali Kaliforniya ştatında yerləşən, müasir texnologiyaların ünvanı olan Silikon Vadisinin "Minilliyin layihəsi”nin həmtəsisçisi, “Santa Clara Valley of ASM İnternational Society”nin sədri Brok HinzmanFuturistik Reallıq və Gələcək Biznes Şəbəkəsinin nümayəndəsi Eylin Makcinisi əvvəlcə AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudovla görüşüblər.
Görüşdə Azərbaycan-ABŞ elmi əlaqələri, mövcud və perspektiv layihələr barədə müzakirələr aparılıb.

Sonra amerikalı ekspertlər universitetin müəllim və tələbələri ilə görüşüblər.
Universitetin prorektoru İsa Xəlilov “Minilliyin layihəsi” çərçivəsində çalışan nümayəndələrin tələbələrlə görüşünü yüksək dəyərləndirib. Prorektor bildirib ki, bu layihə çərçivəsində qlobal problemlərin həllinə böyük töhfələr verilir.

Görüşü təşkil edən Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova vurğulayıb ki, layihələndirmə işində yeni texnologiyalardan istifadə çox mühümdür. Bu cür texnologiyalardan olan “3D” printerlərinin özəlliyindən və layihələndirmə işindəki texnoloji çevikliyindən danışan Reyhan Hüseynova Azərbaycan gənclərinin bu maşınla bağlı biliklərinin genişləndirilməsinin vacib olduğunu qeyd edib.

Silikon Vadisinin ekspertləri ABŞ-da “3D” printer texnologiyaları üzərində tələbələrin keyfiyyətli işlərindən bəhs ediblər. Bildiriblər ki, qaz və neft sahəsində “3D” printerin istifadəsi bu sahədə aparılan işlərin effektivliyini dəfələrlə artırıb.
Qonaqlar artıq sənayenin robotlaşdığını da qeyd ediblər.

Ekspertlər “3D” printerinin xüsusiyyətləri, keyfiyyətli məhsulları haqqında iştirakçılara ətraflı məlumat verib və maşını əyani nümayiş etdiriblər.

Çıxışlarda qeyd olunub ki, ideyaların gerçəkləşməsi üçün “3D” printeri çox gözəl və əhatəli texnologiyadır.

Sonda iştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: