AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında memorandum imzalanıb

AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında memorandum imzalanıb Azərbaycan Texniki Universiteti (AzTU) ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

AzTU-nun rektor əvəzi Xalıq YahudovBerkli Universitetinin kansleri Nicolas Dick tərəfindən imzalanan memorandum
iki ali təhsil müəssisəsi arasında geniş əməkdaşlıq perspektivi yaradıb.
2017-2022-ci illəri əhatə edən memorandum çərçivəsində AzTU-nun professor-müəllim və tələbə heyəti Berkli Universitetində elmi-tədqiqat işləri aparmaq, eləcə də təhsil almaq imkanı əldə ediblər.

Bundan əlavə memorandumda universitetlər arasında mədəni və elmi-konfranslaın birgə təşkili, qarşılıqlı iştirakı, geniş təcrübə mübadiləsi kimi məsələlər də nəzərdə tutulub.

AzTU-nun dosenti Şahnaz Şahbazova ZiM.Az-a bildirib ki, AzTU Berkli Universiteti ilə əməkdaşlıq memorandumu imzalamış ilk Azərbaycan universitetidir.

Hərtərəfli inkişaf etmiş, yüksək idarəetmə mexanizminə malik, nüfuzlu elm və təhsil müəssisəsi olan Berkli Universiteti ilə qurulacaq əlaqələr Azərbaycanda ixtisaslı mühəndis kadrların hazırlanması işində mühüm addım hesab edilir.

Qeyd edək ki, Berkli Universiteti məşhur həmyerlimiz, böyük elm adamı Lütvü-Zadə bu Universitetdə çalışır.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: