TVİNNİNQ layihəsinin xarici ekspertləri AzTU-da növbəti toplantı keçiriblər

TVİNNİNQ layihəsinin xarici ekspertləri AzTU-da növbəti toplantı keçiriblər TVİNNİNQ layihəsinin xarici ekspertləri 2017-ci il fevralın 23-də Azərbaycan Texniki Universiteti tərəfindən layihədə iştirak edən nümayəndələr ilə görüşüblər.

ZiM.Az xəbər verir ki, Ekspertləri əvvəlcə universitetin rektor əvəzi Xalıq Yahudov qəbul edib və universitetdə layihə üzrə görülən işlərə görə onlara təşəkkür edib.

Görüşdə əsasən universitetdə qiymətləndirmə qrupunun yaradılması, idarəetmə, strateji planlaşdırma, insan resursları və tədqiqat fəaliyyəti üzrə görülən işlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə TVİNNİNQ layihəsini Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentlik həyata keçirir.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: