AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub AzTU Elmi Şurasının növbəti iclası olub AzTU Elmi Şurasının növbəti iclası olub AzTU Elmi Şurasının növbəti iclası olub 2017-ci il martın 1-də Azərbaycan Texniki Universiteti Elmi Şurasının növbəti iclası keçirilib.

İclası AzTU-nun rektor əvəzi Xalıq Yahudov açıb və iclasın gündəliyi ilə iştirakçıları tanış edib.


İclasda universitetin Elm
və texnika üzrə prorektoru İlham Pirməmmədov
universitetin Tədris hissə müdiri Zəkay Şayevin
2016-2017-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi yolları haqqında hesabat məruzələri dinlənilib və çıxışlar ətrafında müzakirələr aparılıb.

İclasda iştirak edən AzTU-nun İctimai Şurasının sədri Şahlar Əsgərovİctimai Şurasın üzvü Etibar Əliyev çıxış edərək müzakirə olunan məsələlərə öz fikirlərini bildiriblər.

Daha sonra Elmi Şuranın katibi Ziyafət Kərimov kafedralarda boş olan vəzifələri tutmaq üçün (professor və dosent elmi adı almaq üçün) müsabiqəyə təqdim olunan namizədlər haqqında məlumat verib.
Elmi Şura üzvləri müsabiqəyə təqdim olunan namizədlərə gizli səsvermə yolu ilə öz münasibətlərini bildiriblər.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: