Qonaqları qəbul edən
AzTU-nun rektor əvəzi
Xalıq Yahudov AzTU haqqında onlara geniş məlumat verərək vurğulayıb ki, AzTU ilə Avropa universitetləri arasında olan əlaqələr genişləndikcə elmi tərəqqinin nəticəsi olaraq iqtisadiyyatda yeni inkişaf prosesi yaranır.
Brandenburq Texniki Universitetinin maşınqayırma üzrə ixtisas rəhbəri, “Metalkəsən dəzgahlar” kafedrasının müdiri Silvio Simon və Liberek Texniki Universitetinin Maşınqayırma fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini Karel Frana qarşılıqlı əlaqələrdən məmnun olduqlarını bildiriblər.
Qonaqlar AzTU-nun Maşınqayırma fakültəsi ilə artıq mövcud olan əlaqələrə diqqət çəkərək universitetlər arasında yaradılacaq əməkdaşlığın çox faydalı olacağını vurğulayıblar.
Görüşdə hər iki universitetin nümayəndələri Maşınqayırma fakültəsindən başqa AzTU-nun digər fakültələri ilə də əlaqələrin qurulmasını müzakirə ediblər.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.