8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
AzTU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə AzTU-nun rektor əvəzi
Xalıq Yahudov açaraq bu əlamətdar gün münasibəti ilə universitetdə çalışan qadınları kollektiv adından təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Xalıq Yahudov qeyd edib ki, hazırda universitetdə
612 qadın əməkdaş çalışır və 1830 tələbə qız texniki elmlərin əsaslarına yiyələnir.
Rektor əvəzi onu da vurğulayıb ki, pedaqoji kollektivin üzvü olan
qadınlar bu gün universitetin
ictimai həyatında fəal
iştirak edir, tədris prosesinin
təkmilləşdirilməsində,
gənclərin texniki elmlərə
daha dərindən yiyələnməsində,
gələcəyin bacarıqlı, hazırlıqlı,
yüksək intellektə malik
mühəndis kadrlarının
hazırlanmasında öz qüvvə
və bacarıqlarını əsirgəmirlər.
Universitet Qadınlar Şurasının sədri, dosent Gülşən Rzayevanın rəhbərliyi altında onlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, Azərbaycan konstitusiyasında təsbit olunmuş bütün
hüquq və azadlıqlardan
yararlanırlar.
Sonra Azərbaycanın
tanınmış müğənnilərinin
ifalarında konsert proqramı
təqdim olunub.
Azərbaycan Respublikasının
Əməkdar artıstləri
Cavanşir Məmmədov,
Firuzə İbadova və başqaları bir-birindən həzin nəğmələr ifa ediblər.
Tədbirdən sonra
iştirakçılar tələbələrin
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş
rəsm sərgisi ilə də
tanış olublar.
Daha sonra universitetin həyətində tələbələrin təqdimatında flashmob keçirilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.