Layihənin həyata keçirilməsində məqsəd gənclərin Azərbaycanın tarixi və müasir filmləri haqqında dərin biliklərə yiyələnmələridir.
GVİİM-in Mətbuat katibi Natavan Alıqızı ZiM.Az-a bildirib ki, tədbirdə Universitetin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov, Nizami Kino Mərkəzinin kino çəkilişləri üzrə meneceri Dərbəndli Abbasağa və bütün fakültələrdən tələbələr
iştirak edib.
AzTU-nun prorektoru
İsa Xəlilov çıxışında bildirib ki, universitetdə müxtəlif səpkili intellektual tədbirlərin tez-tez keçirilməsi gənclərin maarifləndirilməsi və dünyagörüşlərinin artırılması məqsədini daşıyır. Prorektor layihə rəhbərlərinə təşəkkür edib, tədbirdə iştirak edən komandalara uğurlar arzulayıb.
Daha sonra Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin direktoru
Vüqar Əliyev layihə çərçivəsində bu gün keçirilən yarış haqqında ətraflı məlumat verib və bildirib ki, bu layihənin ideya müəllifi AzTU-nun “Maşınqayırma” fakültəsinin II kurs tələbəsi Nicat Sadıqovdur.
Yarış Azərbaycan filmlərinə həsr olunub, sual formatında üç hissədən və 7 komandadan ibarətdir.
Komandalar bütün turlarda uğurla iştirak edərək Azərbaycanın tarixi və müasir filmləri haqqında məlumatlarını nümayiş etdiriblər.
Sonda bütün komandalar GVİİM və Nizami Kino Mərkəzi tərəfindən mükafatlandırılıb.
Aytac MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.