AzTU-da möhtəşəm Novruz şənliyi keçirilib

AzTU-da möhtəşəm Novruz şənliyi keçirilib AzTU-da möhtəşəm Novruz şənliyi keçirilib AzTU-da möhtəşəm Novruz şənliyi keçirilib AzTU-da möhtəşəm Novruz şənliyi keçirilib 2017-ci il Martın 14-də Azərbaycan Texniki Universitetində
Novruz şənliyi
keçirilib.


Şənliyi giriş sözü ilə açan universitetin rektor əvəzi Xalıq Yahudov professor-müəllim heyətini və tələbələri Novruz bayramı münasibəti ilə təbrik edib, ölkədə mühəndis kadrların inkişafından söz açaraq tələbələrə gələcəkdə daha yüksək pillələrdə olmalarını arzulayıb.

Təbrik çıxışından sonra
rektor əvəzi Xalıq Yahudov universitetin həyətində Novruz tonqalını alovlandırıb.

Şənlikdə AzTU-nun yaradıcı tələbələri müxtəlif nömrələr nümayiş etdirərək mahnı oxuyub, rəqs ediblər.

Kosa, Keçəl, Bahar qızı obrazında şənliyə Novruz ab-havası gətirən tələbələr şənliyi bu obrazlarla daha möhtəşəm ediblər.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: