Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə Təhsil nazirinin müavini Mətin Eynullayev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Respublikamızın tələbə-idmançılarının dünya çempionatlarında və digər beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etdiklərini vurğulayan nazir müavini XIII Respublika Universiadasının iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinin də qatıldığı XIII Respublika Universiadasında 23 ali təhsil müəssisəsinin tələbələrinin iştirakı nəzərdə tutulub. Yarışlar idmanın 11 növü üzrə keçiriləcək və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edəcək.
Qeyd edək ki, universitetlər arasında qızların da iştirak etdiyi yeganə komanda AzTU-nun komandası olub.
Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən universiada tələbə gəncləri bədən tərbiyəsinə və idmana cəlb etmək məqsədi ilə reallaşdırılır. Yarışın qalibləri avqustda Tayvanın paytaxtı Taypeydə keçiriləcək XXIX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.