AzTU-nun dosenti Əyyub Kərimov Türkiyənin Katib Çələbi Universitetində işgüzar səfərdə olub

AzTU-nun dosenti Əyyub Kərimov Türkiyənin Katib Çələbi Universitetində işgüzar səfərdə olubAzTU-nun dosenti Əyyub Kərimov Türkiyənin Katib Çələbi Universitetində işgüzar səfərdə olub Azərbaycan Texniki Universitetinin (AzTU)
"İctimai fənlər" kafedrasının dosenti
Əyyub Kərimov Mövlanə Akademik mübadilə proqramı çərçivəsində
15 gün Türkiyənin İzmir şəhərində yerləşən Katib Çələbi Universitetində səfərdə olub.


ZiM.Az xəbər verir ki,
dosent Əyyub Kərimov universitetlə tanışlıqdan sonra fəlsəfə fənni üzrə tələbə və magistrlara "Müasir fəlsəfi nəzəriyyələr", “Siyasət fəlsəfəsi”, “Fəlsəfədə idrak problemi” mövzularında mühazirələr oxuyub.
Mühazirələri çox böyük maraqla qarşılanan Əyyub Kərimov tələbələrə Azərbaycanın multikulturalizm modeli haqqında da məlumat verib.

“Qafqazşünaslıq” üzrə görkəmli mütəxəssis, professor Haktan Birselin dəvəti ilə Əyyub Kərimov “Azərbaycan-erməni münasibətləri tarixi faktlar işığında” mövzusunda geniş auditoriya qarşısında çıxış edib.

Əməkdaşımız səfər çərçivəsində İzmirin Türkan-Saylan Mədəniyyət Mərkəzində ali məktəblərdə fəlsəfə fənni tədris edən alimlərin toplantısında iştirak edib və İzmir Televiziyasının “Gündəm özəl” proqramının qonağı olub.

Qeyd edək ki, qarşılıqlı təcrübə mübadiləsi baxımından və tədrisə fərqli yanaşmalar kontekstindən xeyli dərəcədə faydalı olan bu cür səfərlər müxtəlif beynəlxalq təhsil layihələri çərçivəsində, həmçinin AzTU-nun öz hesabına mütəmadi olaraq həyata keçirilir.

Lalə ƏLİYEVA,
ZiM.Az-ın müxbiri


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: