Dövlət İmtahan Mərkəzinin əməkdaşları AzTU-nun tələbələri ilə görüşüblər

Dövlət İmtahan Mərkəzinin əməkdaşları AzTU-nun tələbələri ilə görüşüblər Dövlət İmtahan Mərkəzinin əməkdaşları AzTU-nun tələbələri ilə görüşüblər 2017-ci il İyunun 9-da Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Texniki Universitetində professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

ZiM.Az xəbər verir ki,
tədbiri giriş sözü ilə
AzTU-nun prorektoru,
texnika elmləri doktoru,
professor İsa Xəlilov
açıb. O, tədbirin əhəmiyyətindən danışaraq sonuncu kurs tələbələri üçün dövlət qulluğuna qəbul qaydaları ilə tanışlığın vacibliyini qeyd edib.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədrinin müavini
Bəhram Xəlilov
bildirib ki, dövlət qulluğu sahəsində Mərkəzin üzərinə düşən əsas fəaliyyət istiqamətlərindən biri də dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir. Dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məsələsinin daim dövlət rəhbərliyinin diqqətində olduğunu vurğulayan sədr müavini qeyd edib ki, dövlət orqanlarında çalışanların əməkhaqqı sistemi rəqabətqabiliyyətlidir və bununla yanaşı, dövlət qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara güzəştli ipoteka əldə etmək hüququ verilir.

“Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda çıxış edən Mərkəzin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və ümumiyyətlə Mərkəzin funksiyaları haqqında iştirakçılara ətraflı məlumat verib.

Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Pərviz Kazımovun “Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” təlim xarakterli məruzəsində isə gənclərin duyğusal inkişafı, həyatın planlaşdırılması, motivasiya haqqında bəzi məsləhətlər verilib.

Tədbirdə iştirak edən “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək” layihəsinin rezident TVİNNİNQ müşaviri Edvardas Jukauskas təqdimatla çıxış edərək layihə haqqında və Litva Respublikasının dövlət qulluğu sistemi barədə tələbələrə məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları Mərkəzin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik?” mövzusunda buklet təqdim olunub.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: