AzTU-da BİLİK GÜNÜ

AzTU-da BİLİK GÜNÜ AzTU-da BİLİK GÜNÜ AzTU-da BİLİK GÜNÜ AzTU-da BİLİK GÜNÜ Sentyabrın 15-də Azərbaycan Texniki Universitetində (AzTU)
2017-2018-ci dərs ilinin başlanması və
Bilik gününə həsr olunmuş
tədbir keçirilib.

ZiM.Az
xəbər verir ki,
əvvəlcə tədbir iştirakçıları
ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir universitetin binası qarşısında davam etdirilib. AzTU-nun rektoru vəzifəsini icra edən
Xalıq Yahudov
toplaşanları Bilik günü və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Azərbaycan Texniki Universitetinin gənc nəslin təlim-tərbiyəsində, bilik və bacarıqlara yiyələnməsində, mütəxəssislərin hazırlanması prosesində, vətənpərvərliyin təbliğində müstəsna rol oynadığı diqqətə çatdırılıb. Universitetin tarixindən danışan X.Yahudov onun Azərbaycan üçün minlərlə yüksəkixtisaslı mühəndis kadrlar hazırladığını qeyd edib. Bildirilib ki, bir neçə universitet və institutun, kollec və texniki peşə məktəblərinin formalaşmasında baza rolunu oynayan AzTU yarandığı gündən ölkəmizdə texniki sahənin inkişafı ilə yanaşı, ictimai-siyasi mühitin formalaşmasında, eləcə də Azərbaycanın dünyada tanınmasında əvəzsiz xidmətlər göstərib.

Vurğulanıb ki, bu il Azərbaycanda tələbə adını qazanan hər iyirmi abituriyentdən biri, yəni 1821 gənc AzTU-nu seçib. Onların iyirmi faizi ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb. Universitetə qəbul olunanlar arasında ən yüksək nəticə göstərən tələbə 593 bal toplayıb. Ən gənc tələbənin 15 yaşı var. Ali təhsil ocağına magistratura pilləsinə isə 341 nəfər daxil olub.

Digər çıxış edənlər də tələbə adını qazanan gəncləri təbrik edib, uğurlar arzulayıblar.

Sonda qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri, qiymət kitabçaları, tələbə biletləri təqdim edilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: