18 oktyabr - Dövlət Müstəqillik Günü
qeyd olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.
ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru İsa Xəlilov açıb.
O, bu günün tarixi haqqında məlumat verərək dövlət müstəqilliyimizin keçdiyi yoldan danışıb.
Prorektor bildirib ki, 99 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparıb. Lakin məlum səbəblərdən Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayan cümhuriyyətin ömrü çox qısa olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub. Prorektor çıxışının sonunda qeyd edib ki, müstəqilliyimizin dönməzliyi və əbədiliyinin Ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olması müasir tariximizin danılmaz faktıdır.
Sonra AzTU-nun "İctimai fənnlər" kafedrasının müəllimi Cəfər Xanəliyev məruzə edib.
Daha sonra isə tələbələrin çıxışları maraqla dinlənilib.
Gənclər çıxışlarında müstəqil Azərbaycan uğrunda lazım gələrsə ölməyə hazır olduqlarını bildiriblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın müstəqilliyi asan qazanılmayıb. Bu yolda igid oğul və qızlarımız qəhrəmancasına mübarizə aparıb və şəhid olublar. Azərbaycanın bugünkü inkişaf yolu isə Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsidir.
Maral SULTANQIZI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.