“SABAH qrupları”nda keçilən fənlər seçilərək tələbələr yalnız öz ixtisasları haqqında həm nəzəri, həm də praktiki olaraq təhsil alırlar.
Xatırlatmaq istəyirəm ki, Universitetdə “SABAH qrupu”nun tələbələri üçün xüsusi auditoriya və resurs otaqları ayrılmışdır. Tələbələr dərslərini həmin auditoriyalarda keçir və asudə vaxtlarını resurs otağında keçilən fənlərə dair elmi ədəbiyyat mütaliə edir, ev tapşırıqlarını yerinə yetirmək, internetdən axtarış etməklə vaxtlarını səmərəli keçirirlər.
“SABAH qrupları”nın tələbələri üçün bir çox seminarlar təşkil olunur, tanınmış iş adamları, sahibkarlar və müxtəlif mütəxəssislər tələbələri maarifləndirmək üçün mühazirələr keçirlər.
Bundan başqa, “SABAH qrupları”nda İngilis dili də tədris olunur. Xarici dil dərslərini “British Council” və Təhsil Nazirliyinin xarici dil müəllimləri tədris edirlər. Tələbələrin xarici dil bilik səviyyələrini müəyyən etmək üçün tədris ilinin əvvəli və sonu “British Council” tərəfindən “Aptis” adlanan imtahanlar keçirilir. Hər tədris ilinin sonu yüksək nəticələr toplamış tələbələr Londonda 2 həftəlik yay məktəbinə getmək şansı qazanırlar.
Tələbələr “SABAH qrupları”nda təhsil aldıqları müddətdə ixtisasları üzrə müəyyən şirkət və ya müəssisələrdə təqaüdlü təcrübə proqramlarında iştirak edirlər. Onu deyim ki, “SABAH qrupları”nın tələbələri təhsildən əlavə ictimai işlərdə, yerli və beynəxalq tədbirlərdə fəal iştirak edirlər.
“SABAH qrupları” lahiyəsi çərçivəsində təhsil alan tələbələr “SABAH təqaüdü” və yataqxana ilə təmin olunurlar. Hazırda Azərbaycan Respublikası üzrə 1636 tələbə bu qruplarda təhsil alır ki, bunların 118-i bizim Universitetin payına düşür.
Azərbaycan Texniki Universitetində “SABAH mərkəzi”nin rəhbəri İmran Yolçuyev tələbələrin tədris prosesi zamanı yaranan hər bir problemlə maraqlanır, yaxından izləyir, tələbələrin mükəmməl təhsil alması üçün səy göstərir.
İnanıram ki, gələcəkdə Universitetimizdə “SABAH qrupları” tələbələrinin sayı daha da artacaqdır. Bütün bunlar bizim sabahımız, gələcəyimiz, ölkəmizin daha sürətli sosial-iqtisadi inkafı üçündür.
Fürsətdən istifadə edərək biz yaradılan əlverişli şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və eləcə də AzTU-nun rəhbərliyinə “SABAH qrupu”nun tələbələri adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Ceyhun Bayramov,
AzTU-nun III kurs tələbəsi,
“SABAH qrupu”nun İctimai işlər üzrə koordinatoru.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.