AzTU-nun əməkdaşı Rumıniyada ezamiyyətdə olub

AzTU-nun əməkdaşı Rumıniyada ezamiyyətdə olub 10-17 oktyabr tarixlərində Azərbaycan Texniki Universitetinin SABAH qrupları mərkəzinin rəhbəri Aytən Sadıqova ERASMUS + layihəsinin Akademik mübadilə proqramı çərçivəsində Rumıniyanın Cluj Napoca şəhərində yerləşən Babeş-Bolyai Universitetində təşkil olunan treninqlərdə uğurla iştirak edib.

AzTU-dan xüsusi müxbirimiz Maral Sultanqızı xəbər verir ki, ezamiyyət zamanı Aytən Sadıqova Babeş-Bolyai Universitetinin Beynəlxalq Əlaqələr şəbəsində hər iki universitet arasında əlaqələrin daha da genişləndirilməsi ilə əlaqəli danışıqllar aparıb və Azərbaycan təhsili, xüsusən də SABAH qrupları layihəsi haqqında onlara ətraflı məlumat verib. Eyni zamanda əməkdaşımız Cluj Napoca şəhərində yerləşən türkdilli xalqların mədəniyyət mərkəzi ilə yaxından tanış olub və Azərbaycan haqqında onlara geniş məlumat verib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: