Şəhid məzunu Əliyev Elşad Hacıbaba oğlunun valideyni Flora Əliyeva oğlunu
yad etmək üçün universitetə gəlib.
Kütləvi İnformasiya Vasitələrində (KİV)
AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlar və Şəhidlər Muzeyinin açılış mərasimi ilə bağlı gedən video və foto materiallarda oğlunun adını görən Flora Əliyeva əvvəlcə universitetin həyətindəki abidə kompleksi önünə gül dəstələri qoyub.
Şəhid anası daha sonra muzeylə tanış olub.
AzTU-nun prorektoru İsa Xəlilov Şəhid anasına muzey və ümumilikdə universitetin Şəhid məzunları haqqında geniş məlumat verib. Qeyd olunub ki, 1990-cı illərin əvvəllərində, eləcə də sonrakı illərdə AzTU-nun tələbələri və məzunları Vətənin bütövlüyü, suverenliyi uğrunda böyük rəşadət göstərib, bəziləri isə Şəhidlik zirvəsinə ucalıblar.
Flora Əliyeva muzeylə yaxından tanış olandan sonra bildirib ki, tələbələrin Elşad Əliyev haqqında daha dolğun təəssürata malik olması üçün muzeyə oğlu ilə bağlı materiallar təqdim edəcək.
Universitetin Milli Qəhrəmanlar və Şəhidlər Muzeyinin təsisçisi Zöhrə Məmmədova Şəhid anası ilə görüş zamanı bildirib ki, bütün şəhidlərin muzeydə anım günlərinin qeyd olunması planlaşdırılır. Bununla bağlı olaraq qərara alınıb ki, növbəti ilin fevral ayının 27-də Flora Əliyevanın və digər ailə üzvlərinin iştirakı ilə Şəhid Elşad Əliyevin anım günü qeyd edilsin.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.