AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” filminin təqdimatı olub

AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” filminin təqdimatı olubAzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” filminin təqdimatı olub AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” filminin təqdimatı olub AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” filminin təqdimatı olub AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” filminin təqdimatı olub AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” filminin təqdimatı olub AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” filminin təqdimatı olub AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” filminin təqdimatı olub AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” filminin təqdimatı olub 2017-ci il noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində yerləşən universitetin Şəhid məzunlarının xatirə kompleksi önünə gül dəstələri düzüb, onları ehtiramla yad ediblər.

Sonra Azərbaycan Texniki Universitetinin məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı olub.

Muzeyin açılışında AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu universitetin məzunu olmuş 10 nəfər Milli Qəhrəman var. Qeyd olunub ki, qəhrəman Şəhidlərin fəaliyyətinin, döyüş yolunun, qəhrəmanlıqlarının hər zaman tələbələr üçün örnək göstərildiyi xatirə muzeyində, AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlarla yanaşı, universitetin 1990-cı illərin əvvəllərində Vətənin bütövlüyü, suverenliyi uğrunda canını fəda edən şəhid məzunları, o cümlədən ötən ilin aprel ayında Azərbaycan xalqına şanlı zəfər bəxş edən igidlərin xatirə lövhələri və onlar haqqında məlumatlar var.

AzTU-nun prorektoru İsa Xəlilov muzeyin yaradılmasında göstərdiyi xidmətə və gərgin əməyə görə universitet kitabxanasının "Komplektləşdirmə" şöbəsinin müdiri Zöhrə Məmmədovaya rəhbərlik adından təşəkkür edib və qeyd edib ki, bu Şəhidlərə olan dərin hörmətlə yanaşı, həm də əsil vətəndaşlıq mövqeyidir.

Muzeyin açılışından sonra iştirakçılar 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 xüsusi təyinatlı kəşfiyyatçımıza həsr olunmuş “Səkkiz oğul istərəm...” filminin təqdimat mərasiminə toplaşıblar.

Mərasim Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb və bütün Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın ilk hərbi aparıcısı olan Şəmistan Əlizamanlının aparıcılığı ilə keçirilən təqdimat mərasimində bildirilib ki, 1997-ci il aprel ayının 7-də səkkiz nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə düşmənin arxasına göndərilir və düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəliləyərək tapşırığı yerinə yetirir. Lakin qrup geri qayıdarkən təsadüfən düşmən tərəfindən aşkarlanır. Kəşfiyyatçılarımız mühasirə şəraitində müxtəlif manevrlər edərək üç gün döyüşürlər. Qəhrəman döyüşçülərimiz sona qədər döyüşürlər və sonda düşmənə təslim olmamaq üçün qumbara ilə özlərini partladaraq şəhid olurlar.

Onlardan yalnız biri, çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür.

Filmdə bəhs olunan kəşfiyyatçılarımız haqqında qısa məlumat verildikdən sonra Rey Kərimoğlunun ssenarisi əsasında rejissor Nicat Kərimovun “Səkkiz oğul istərəm...” filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra qəhrəmancasına, gözünü qırpmadan canını Vətənə fəda edən həmin kəşfiyyatçıların ailə üzvlərinə “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” təşkilatı tərəfindən təsis edilmiş medallar verilib.

Şəhid kəşfiyyatçımız, leytenant Vüqar Yarəhmədovun adını daşıyan oğlu, AzTU-nun tələbəsi Vüqar Yarəhmədov çıxış edərək atası ilə fəxr etdiyini, şəhidlərin, o cümlədən atasının adının uca tutulduğu üçün dövlət başçısına, universitet rəhbərliyinə təşəkkürünü edib.

AzTU-nun prorektoru İsa Xəlilov çıxış edərək bildirib ki, universitetdə hərbi vətənpərvərlik ideyası hər zaman önə çəkilib. O, qeyd edib ki, kəşfiyyatçılarımızın şücaəti hətta düşməni də heyran qoyub. Ermənistan hərbi ideoloqları kəşfiyyatçılarımızın bu igidliyini öz əsgərlərinə nümunə göstərmək üçün hərbi qaydada, ehtiramla dəfn ediblər.

Tədbirdə millət vəkilləri, ziyalılar, hərbiçilər, ictimai xadimlər və tələbələr iştirak ediblər.

Sonda Şəmistan Əlizamanlının vətənpərvərlik mahnıları ilə tədbirə yekun vurulub.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: