AzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub

AzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunubAzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub AzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub 2017-ci il noyabrın 15-də Azərbaycan Texniki Universitetinin kitabxanasında kitabxananın qocaman məsul işçisi Rəşid Abbasovun anadan olmasının 80 illiyi qeyd olunub.

Tədbirdə universitet rəhbərliyi iştirak edib və yubiliyara işlərində uğurlar arzulayıblar.

Çıxışlarda yubiliyarın iş fəaliyyətindən danışılıb, işində məsuliyyətli olması, işçilərlə və tələbələrlə səmimi rəftarı xüsusi vurğulanıb.

AzTU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən Rəşid Abbasov universitetin kitabxanasında 50 il səmərəli fəaliyyəti və anadan olmasının 80 illiyi münasibətilə Fəxri Fərmanla təltif olunub.

Sonda Rəşid müəllim çıxış edənlərə və yubileyin təşkilatçısı kitabxananın “Komplektləşdirmə” şöbəsinin müdiri Zöhrə Məmmədovaya təşəkkür edib.


REDAKSİYADAN:

Biz də hörmətli Rəşid müəllimi anadan olmasının 80 illik yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: