Tədbirdə iştirak edən AzTU-nun prorektoru İsa Xəlilov çıxışında belə tədbirlərin tələbələrin gələcək karyerasına böyük təsir edəcəyini vurğulayıb.
Prorektor sahibkarlıq fəaliyyətinin cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən bir fəaliyyət olduğunu bildirərək qeyd edib ki, bu sahədə də insan zəkası əsasdır. Professor tələbələrə bu sahədə də özlərini sınamağı tövsiyə edib.
Sonra Nadir Kazımov sahibkarlıq nə deməkdir, sahibkar olmaq istəyirsənsə nəyə hazır olmalısan, ümumiyyətlə sahibkarlıq fəaliyyəti haqqında tələbələrə geniş məlumat verib. Çıxışda qeyd olunub ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Bu fəaliyyətlə məşğul olanlara isə sahibkar deyilir. Ümumiyyətlə sahibkar olmaq istəyinin bir neçə səbəbləri var: pul qazanmaq, ictimai rifaha töhfə vermək, öz fəaliyyət sahəsində ”İmperiya” yaratmaq, azad fəaliyyət göstərmək, cəmiyyətdə özünü təsdiq etmək və s.
Daha sonra tələbələri maraqlandıran bütün sualları Nadir Kazımov cavablandırıb.
Tədbirin keçirilməsində məqsəd tələbələrin sahibkarlıq sahəsində maarifləndirilməsidir.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.