Ziyarətçilər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyublar.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Şəhidlər xiyabanını ziyarət zamanı polkovnik Şair Ramaldanov gənclərə Horadiz əməliyyatı haqqında geniş məlumat verib.
Ş.Ramaldanov bildirib ki, 1994-cü ilin qışında baş verən Horadiz döyüşləri Azərbaycan xalqının qürur mənbəyidir və bu uğurlu əməliyyatın banisi ümummilli lider Heydər Əliyev olub. Ulu Öndərin çağırışından sonra heyətin səfərbər olduğunu və dərhal hücum əməliyyatlarına başlanıldığını deyən keçmiş komandir vurğulayıb ki, Horadiz əməliyyatı nəticəsində Azərbaycanın 23 yaşayış məntəqəsi işğaldan azad edilib.
Maral SULTANQIZI,
Zim.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.