AzTU-nun tələbəsi “Azercell”-in tələbə təqaüdünə layiq görülüb.

AzTU-nun tələbəsi “Azercell”-in tələbə təqaüdünə layiq görülüb.AzTU-nun tələbəsi “Azercell”-in tələbə təqaüdünə layiq görülüb. Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində bu qruplarda təhsil alan 9 tələbə “Azercell” Tələbə Təqaüdü Proqramının qalibi olub.

Təqaüdə layiq görülən tələbələr arasında Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarında təhsil alan Nuru Daşdəmirli də var.


Mükafatlandırılma mərasimində iştirak edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid MürsəliyevSABAH qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik edib, onlara sertifikat və hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, proqramın məqsədi təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdır.

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: