Azərbaycan Texniki Universitetində (AzTU)
“Azərkosmos” ASC-nin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsinin təqdimatı keçirilib.
Təqdimatda AzTU-nun
Elm və texnika üzrə prorektoru, professor
İlham Pirməmmədov bildirib ki, Azərbaycan artıq öz peyki olan ölkədir və bu sahəyə çox böyük dövlət qayğısı var. Prorektor bu müsabiqənin əhəmiyyətindən danışaraq qeyd edib ki, ölkəmizdə tələbə peyki layihəsinə marağın daha da artırılması məqsədilə
2017-2018-ci tədris ilində yerli universitet komandaları arasında təşkil ediləcək “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsi Yerin süni peykləri sahəsində nəzəri tədqiqat işlərinə böyük maraq yaradacaq.
“Azərkosmos” ASC-nin nümayəndələri - Fəxri Babayev, Rüstəm Zalıyev və Fidan Behbudova isə Azərbaycanın peyk sənayesindən, “Azerspace1” və “Azerspace2” peyklərinin təyinatından, diapazonundan, həmçinin ölkəmizə faydasından danışıblar. Çıxışlarda bildirilib ki, Azərbaycanda peyk xidmətləri sahəsində elmi-tədqiqatların aparılması, eləcə də yerli mütəxəssislər tərəfindən kiçik ölçülü peyklərin hazırlanması üçün artıq müəyyən imkanlar yaranıb. Məhz bu imkanların reallaşdırılması üzrə təcrübə, bacarıq və vərdişlərin əldə edilməsi baxımından tələbələr arasında model peyki müsabiqələrinin keçirilməsinin əhəmiyyətli rolu olduğu vurğulanıb.
Qeyd edək ki, respublika üzrə ümumilikdə 16 ali məktəbin qatıldığı müsabiqədə AzTU-nun radiotexnika, avtomatika, kompyuter texnologiyası, telekommunikasiya yönümlü ixtisaslarında təhsil alan 150-yə yaxın tələbəsi iştirak edəcək.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.