Konfransı giriş sözü ilə
Azərbaycan Texniki Universitetinin
Elm və texnika üzrə prorektoru, professor
İlham Pirməmmədov açıb.
O, bildirib ki, konfransın əsas məqsədi Azərbaycanın 2025-ci ilədək İKT sektorunun inkişaf perspektivlərinin müəyyən edilməsidir.
Prorektor Azərbaycanın demokratik ölkə olduğunu qeyd edərək ölkəmizdə İKT sahəsinin sürətli inkişafından və dövlətin bu sahəyə qayğısından danışıb.
Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri,
fəlsəfə elmləri doktoru
Reyhan Hüseynova da çıxışında İKT sahəsinin inkişaf etdirilməsi üçün son illər görülən işlərdən danışıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi yaxın gələcəkdə daha böyük uğurlara imza atacaq.
Tədbirdə “Minilin” layihəsinin rəhbəri
Ceron Glenn canlı bağlantı ilə konfransa qoşularaq süni intellekt haqqında qısa məlumat verib və konfransın işinə uğurlar arzulayıb.
Daha sonra Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalovun “2025-ci ilədək Azərbaycanda yüksək texnologiyaların əsas tendensiyalarının dinamikası”, Azərbaycan Futuroloqlar Cəmiyyətinin ekspertlər şurasının üzvü, GoldenPay şirkətinin idarə heyətinin sədri Fərid İsmayılzadənin “Azərbaycanda texnoloji startap mədəniyyəti”, AzTU-nun dosenti Mehman Həsənovun “Elektron Azərbaycanda multimedia xidmətli optik şəbəkələrinin inkişaf istiqamətləri” və dosent Zəfər Cəfərovun “Fərdlərin elektron mədəniyyəti” mövzularında çıxışları tələbələr tərəfindən maraqla dinlənilib.
Çıxışlardan sonra mövzular ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Texniki Universiteti, Azərbaycan Futuroloqlar Cəmiyyəti və GoldenPay şirkətinin təşkilatçılığı ilə keçirilən konfransın təşkilati dəstəyi Azərbaycanda ən böyük onlayn xidmətlər portalı olan Hesab.az-a aiddir.
ZiM.Az
.