AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub

AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunubAzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunubAzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub 2018-ci il Yanvarın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel
2016-cı il 1993 nömrəli
Sərəncamının icrasını
təmin etmək məqsədi ilə
qış imtahan sessiyasının gedişini izləmək üçün universitet İctimai Şurasının üzvləri, KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub.


Qonaqlar auditoriyalarda imtahanların gedişini izləyib, qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, bu il qış imtahan sessiyasında təxminən doqquz minə yaxın tələbə iştirak edir. I , II kurs və “Xüsusi texnika və texnologiya” fakültəsinin, SABAH qruplarının tələbələri, eləcə də magistrantlar yazılı, bakalavriat səviyyəsinin III və IV kurslarında təhsil alan tələbələr isə test üsulu ilə imtahan verirlər.

Xalıq Yahudov qeyd edib ki, imtahan sessiyasına hazırlıq ərəfəsində müvafiq fənlər üzrə yoxlama imtahanları-kollokviumlar keçirilib. Həmçinin, imtahanların gedişinə nəzarət etmək məqsədilə universitetdə qərargah və Apelyasiya Komissiyası yaradılıb. Bildirilib ki, qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımı şərait yaradılıb. Burada mübahisə doğuran məsələlər komissiya tərəfindən tələbələrin iştirakı ilə araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir.

Qeyd olunub ki, universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər bu ali məktəbdə yaradılmış elektron universitet portalı vasitəsilə nəzarətə götürülür. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompyuterin ekranında görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün yaxud da 1 gün sonra qiymətlər tələbələrə elan edilir və eyni zamanda itm.aztu.az saytına yerləşdirilir.

Sonda təhsil ekspertləri, media nümayəndələri və valideynlər universitetin Heydər Əliyev Mərkəzində toplanıb və imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Əvvəlcə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov imtahanları gedişi haqqında bir daha ətraflı məlumat verib. Daha sonra müşahidəçilər -
İctimai Şuranın sədri professor Şahlar Əsgərov, eləcə də Şuranın üzvlərindən - MSK üzvü Şaiddin Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, "XXI əsr" Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev və başqaları universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

ZiM.AZ


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: