AzTU-nun təhsildə və elmdə fərqlənən gənc müəllim və tələbələri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılıb

	AzTU-nun təhsildə və elmdə fərqlənən gənc müəllim və tələbələri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılıb 	AzTU-nun təhsildə və elmdə fərqlənən gənc müəllim və tələbələri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılıb	AzTU-nun təhsildə və elmdə fərqlənən gənc müəllim və tələbələri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılıb 	AzTU-nun təhsildə və elmdə fərqlənən gənc müəllim və tələbələri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılıb Azərbaycan Texniki Universiteti Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 2017-ci ildə təhsildə və elmdə fərqlənən gənclər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Fəxri fərmana layiq görülüb və hədiyyələrlə mükafatlandırılıblar.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov qalibləri qəbul edərək təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, AzTU-nun “Elektrotexnika” kafedrasının gənc müəllimi Anar İsmayılov əməkdə və ictimai həyatda əldə etdiyi xüsusi nailiyyətlərə görə “İlin peşəkar gənc müəllimi” adına layiq görüldüyü üçün Fəxri fərmanla təltif olunub.

Tələbələrdən Araz Məhərrəmli 2017-ci ildə həm Gürcüstan Respublikasının Tiflis şəhərində Gürcü riyaziyyatçısı İliya Rekuanın şərəfinə keçirilmiş “Rekua proqramlaşdırma” olimpiadasının, həm də Türkiyənin Konya şəhərində XI Beynəlxalq Milli Eyitim Bakanlığının keçirdiyi “Robot yarışması”nın qalibi olduğu üçün Fəxri fərmana layiq görülüb.

Nuru Daşdəmirli isə Gürcüstan Respublikasının Tiflis şəhərində Gürcü riyaziyyatçısı İliya Rekuanın şərəfinə keçirilmiş “Rekua proqramlaşdırma” olimpiadasının qalibi olduğu üçün Fəxri fərmana layiq görülüb.

Hər iki tələbəmiz universitetin SABAH qruplarında təhsil alır və yarışlarda AzTU-nun baş müəllimi Vüqar Hüseynlinin rəhbərliyi ilə iştirak edib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: