AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olubAzTU Elmi Şurasının növbəti iclası olub AzTU Elmi Şurasının növbəti iclası olub AzTU Elmi Şurasının növbəti iclası olub 2018-ci il Yanvarın 31-də
Azərbaycan Texniki Universiteti
Elmi Şurasının növbəti
iclası keçirilib.


AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov əvvəlcə universitetin qocaman müəllimlərindən
“Kimya” kafedrasının müdiri, professor Elman Məmmədov
u anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edərək, onun elmi-pedaqoji fəaliyyətini yüksək dəyərləndirib, Universitet rəhbərliyi adından ona Təbrik Ünvanı təqdim edib və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

İclasda universitetin
Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov
un 2017-ci ildə AzTU-da elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat-məruzəsi dinlənilib və müzakirə edilərək yüksək qiymətləndirilib. Hesabatın qərar layihəsi səsvermə yolu ilə qəbul edilib.

Daha sonra Elmi Şuranın katibi, professor
Ziyafət Kərimov
kafedralarda boş olan professor vəzifələrini tutmaq üçün müsabiqəyə təqdim olunan namizədlər və eləcə də alimlərin elmi ad almaları üçün AAK qarşısında vəsadət qaldırılması üçün Şuraya təqdim olunmuş işlər haqqında məlumat verib.
Elmi Şura üzvləri müsabiqəyə təqdim olunan namizədlərə və AAK-a göndəriləcək təqdimatlara gizli səsvermə yolu ilə öz münasibətlərini bildiriblər.

İclasda həmçinin AzTU-nun Elmi Şurasının 2017-2018-ci tədris ilinin ikinci yarısı üçün iş planı təsdiq edilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: