AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir keçirilibAzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir keçirilibAzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib 2018-ci il Fevralın 2-də Azərbaycan Texniki Universitetində 2 Fevral – Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb və himni iştirakçılar canlı olaraq səsləndiriblər.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çıxışında qeyd edib ki, Azərbaycan Texniki Universitetində bilikli, bacarıqlı mühəndis kadrların hazırlanması üçün hər cür şərait yaradılıb. Universitetdə gənclərlə bağlı həyata keçirilən layihələrdən danışan rektor bütün bu işlərin Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətinin tərkib hissəsi olduğunu bildirib. Bildirilib ki, bu ideyanın dəqiq və müntəzəm həyata keçirilməsi öz bəhrəsini verməkdədir. AzTU tələbələri hər zaman ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayıb və əsl vətəndaş mövqeyi nümayiş etdiriblər. X.Yahudov çıxışının sonunda Azərbaycanda Gənclər Gününun təsis edilməsinin ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri (THİK) Elvin Bəxtiyarlı çıxışında ölkədə yürüdülən gənclər siyasətindən danışıb və AzTU tələbələrinin bütün sahələrdə uğurlarını qeyd edib. E.Bəxtiyarlı bildirib ki, dünyanın heç bir ölkəsində gənclərə Azərbaycandakı kimi diqqət və qayğı göstərilmir. Hazırda AzTU-nun çoxminli tələbələri sırasında kifayət qədər intellekt sahibi olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş gənclər az deyil.

Sonra AzTU Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əlizadə AzTGTnin sədr müavini Ayxan Allahverdiyev çıxış edib. Onlar çıxışlarında qeyd ediblər ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti uzaq perspektivlərə hesablanıb.Gənclərə göstərilən bu qayğı və diqqət gənclərlə bağlı infrastruktur bazasının yaradılması, müəyyən qanunların qəbul edilməsi, konkret hədəflərə hesablanmış dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanın gələcəyi üçün layiqli gənc nəsil yetişdirmək məqsədi daşıyır.

Toplantıda çıxış edənlər universitetdə təhsil alan bütün gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara təhsildə və həyatda yeni-yeni uğurlar arzulayıblar.

Sonda təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə AzTU THİK və TGT tərəfindən təsis edilən Fəxri fərman hədiyyələr təqdim edilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: