XATIRLADIĞIM və bir kafedrada çalışdığım rusdilli Professor haqqında...

XATIRLADIĞIM və bir kafedrada çalışdığım rusdilli Professor haqqında...XATIRLADIĞIM və bir kafedrada çalışdığım rusdilli Professor haqqında... XATIRLADIĞIM və bir kafedrada çalışdığım rusdilli Professor haqqında... Hələ tələbəçilik dövrümdən tanıdığım bir Professor haqqında qısa xatirəm var. Onunla eyni kafedrada çalışdıq, birlikdə çalışmalarımız oldu. Hətta birlikdə bir kitabımız da nəşr edilib. Həyatını Riyaziyyat elminin tətbiqinə sərf etmiş şərəfli bir ömür...
Prof. t.e.d. Ramiz Sadıxov!
Ramiz müəllim hal hazırda Aviasiya Akademiyasında Prorektor, Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır. M.V.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunda və Moskva Elmi-tədqiqat Avtomatik Aparatura İnstitutunda riyaziyyatçı-proqramçı işləyib, aspiranturada oxuyub. Sonra “Neftqazavtomat” Elm-istehsalat Birliyində elmi tədqiqat şöbəsinin müdiri vəzifəsində çalışıb.

1985-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda namizədlik dissertasiyasını, 1995-ci ildə İ.M.Qubkin adına Moskva Neft və Qaz Akademiyasında doktorluq dissertasiyasını müdafiə edib.
Doktorluq işini hazırlamaqda həmişə yardım edərdim.
Çox səliqəli, çox ciddi, çalışqan və çevik insandır.
Rus dillidir, Azərbaycan bölməsinə dərs deməyib.
Baxmayaraq ki, Azərbaycanca pis danışmırdı.
Bizim Universitetində "Kompyuter mərkəzi"-nin rəhbəri vəzifəsində çalışmışdır.
Mən Almaniyaya gələndən sonra Milli Aviasiya Akademiyasında işləyir. 2005-ci ildən Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsini icra edir.
Beynəlxalq Elmlər Akademiyasının akademikidir.
2003-cü ildən Amerika Mexanik-Mühəndislərin Elmi Cəmiyyətinin üzvüdür.
“Aviation”, “Applied mathematics”, “Безопасность и устойчивость систем” jurnallarının redaksiya heyətinin üzvüdür.
O, 350-dən çox elmi əsərin, 1 monoqrafiyanın,
12 dərs vəsaitinin müəllifidir.


Bunları niyə yazdım? Daha çox yazmaq olardı...
Ehtiyac duymasam da sizlərin də tanımağını istərdim. Ramiz müəllim tanıdığım alimlər, pedaqoqlar içərisində çox təmiz, şüşə kimi aydın pedaqoq, gözəl Riyaziyyatçı alimlərdəndir. Həmişə cavanlarla işləməyi sevərdi, çünki onlarda istedad gördümü, potensial gördümü, çalışqanlıq gördümü = olurdun onun dostu. Mənə dedi ki, bir Kitab tərcümə etmək istəyirəm ingiliscədən və ruscadan azərbaycan dilinə.... Mənə yardım et, onu tərcümə edək.. Çünki buraya həm texnolog, mühəndis və eyni zamanda riyaziyyatdan anlayan və azərbaycanca səlist bilən gərəkirdi. O isə beləsini tapa bilmirdi.... Razılıq vermədim... Çünki, öz dissertasiya işim və pedaqoji işim buna vaxt baxımından mane olacaqdı. Sonra baxdım ki, maraqlı təklifdir və Azəbaycanda öz dilimizdə belə bir ədəbiyyat yoxdur.
Dedim tərcümə yox, birbaşa kitabı işləyib tərtib edə bilərik.... Çox xoşuna gəldi... Elmi rəhbərim, yəni kafedra müdirimlə də razılaşdıq ki, buna əmək sərf etməyə dəyər. Çünki, Azərbaycanca bu sahədə ilk ədəbiyyat olacaqdı... Kitabın üzərində 3 il çalışdıq... Yəni bu il ərzidə tam bir Elmi iş - Dissertasiya ortaya qoymaq olardı... Amma, bunu etdik.... Hər gün məsləhətləşər, laboratoriya işlərindən alınan nəticələri məni yazardım, sonunda isə Ramiz müəllimlə üzərində çalışardıq. .... Uzun yazmıram, çünki yorucu olmasın sizlərə... Kitab ərsəyə çatdı... Nazirlikdən "Qrif" almaq lazım idi... Bütün Rəylər, lazımlı sənədlər hazır idi. O zamankı Təhsil Naziri Misir müəllimlə şəxsi tanışlığı var idi. Özü deyil mənim getməyimi məsləhət bildi. Elə Kafedra müdirimiz də belə təklif etdi. Həm də mən Nazirliyə tez tez gedərdim Kafedranın müxtəlif işləri ilə, dərsliklərlə bağlı... Təhsil Nazirliyində bir neçə Şöbədə məni tanıyırdılar.

Nəhayət "Qrif" də alındı, Universitet daxili əmr də hazırlandı... Kitabın nəşrinə start verildi... Amma, mətbəədə çap olunmaq üçün ayrılmış vəsait nədənsə gecikirdi... Xeyli uzandı bu iş... Sonra Ramiz müəllim öz cibindən xərc çəkmək istəsə də tələsmədi. Mən Almaniyaya gəldikdən sonra bu kitabımız Azərbaycanda ilk dəfə azərbaycan dilində "Bəzi texnoloji proseslərin riyazi modelləri" adında 140 səhifəlik kitabımız nəşr edildi. Bu həmmüəllifi olduğum ikinci kitab idi.

Nəşrdən sonra mənə arxamca Almaniyaya göndərdi kitabdan. Bu insan yorulmaq bilmirdi işləməkdən, ona baxdıqca həmişə həvəslənmişəm. Onun İngilis dilindən Rus dilinə tərcümə olunmuş bir çox dəyərli kitabını Almaniyaya gələnə qədər özünə vermədim... Qorxurdu ki, itirərəm... Mən isə həmişə Kafedrada olan "seyf" də saxlayardım ağzı bağlı. Almaniyaya gəlmədən bir həftə öncə kitabı özünə geri qaytardım. Bu insan necə sevinirdi, sanki, uçacaqdı... Əslində ehtiyacı da yox idi Profeesorun. Belə elm adamları ilə çalışmaqdan zövq almaq hər kəsə nəsib olmur.

Ramiz müəlimin səhhəti bəzən ona çox əzab verirdi, şükür indi yaxşıdır. Bakıya getdikcə çalışıram həmişə görüşüm. Onun yeri əslində Aviasiya Akademiyası deyil... Onun yeri azad və problemlərdən uzaq bir elmi laboratoriyadır... Aspirantlarından da bildiyimə görə iki nəfər artıq Professor olublar. Allah ona can sağlığı, xoş və uzun ömür nəsib etsin!

Pərviz ƏMİRASLANOV,
Almaniya

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: