AzTU-nun professoru Beynəlxalq Türk Mədəniyyəti (“Türksoy”) təşkilatının diplom və medalına layiq görülüb

AzTU-nun professoru Beynəlxalq Türk Mədəniyyəti (“Türksoy”) təşkilatının diplom və medalına layiq görülübAzTU-nun professoru Beynəlxalq Türk Mədəniyyəti (“Türksoy”) təşkilatının diplom və medalına layiq görülübAzTU-nun professoru Beynəlxalq Türk Mədəniyyəti (“Türksoy”) təşkilatının diplom və medalına layiq görülübAzTU-nun professoru Beynəlxalq Türk Mədəniyyəti (“Türksoy”) təşkilatının diplom və medalına layiq görülüb
2018-ci il Fevralın 9-da
Beynəlxalq Türk Mədəniyyəti (“Türksoy”) təşkilatının baş katibi, professor Düsen Kaseinov və Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmirin Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudovla, eləcə də universitetin professor-müəllim heyəti
və tələbə kollektivi ilə
görüşü keçirilib.


Görüşdə AzTU-nun
rektor əvəzi, professor
Xalıq Yahudov

hər iki qonağı salamlayıb
və Beynəlxalq Türk
Mədəniyyəti (“Türksoy”)
təşkilatının fəaliyyəti
haqqında danışıb.

Daha sonra Düsen Kaseinov Cihan Özdəmir çıxışlarında rəhbərlik etdikləri qurumların gördüyü işlər haqqında ətraflı məlumat veriblər.

Çıxışlarda Beynəlxalq Türk Mədəniyyəti (“Türksoy”) təşkilatının türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat olduğu və bu təşkilat vasitəsilə türkdilli ədəbiyyatın dünyaya yayılması vurğulanıb.

Görüşün sonunda
AzTU-nun “Metrologiya
və standartlaşdırma” kafedrasının müdiri, professor, şair
Elçin İsgəndərzadə
nin
ədəbi-bədii və ictimai
fəaliyyətinə görə
Beynəlxalq Türk Mədəniyyəti (“Türksoy”) təşkilatının diplommedalına layiq görüldüyü bildirilib və mükafat alimə təqdim olunub.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: