Ardahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olub

Ardahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olubArdahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olub Ardahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olubArdahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olub Ardahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olub 2018-ci il Fevralın 13-də Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov Türkiyənin Ardahan Universitetinin rektoru, professor Mehmet Biberi və onun başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.


ZiM.Az xəbər verir ki,

görüşdə X.Yahudov universitetin beynəlxalq əlaqələrindən, uğurla həyata keçirilən beynəlxalq layihələrdən danışaraq qonaqlara AzTU haqqında ətraflı məlumat verib.
Rektor AzTU-nun Türkiyənin 19 universiteti ilə sıx əməkdaşlıq etdiyini və AzTU-da “Mövlanə Mübadilə Proqramı” üzrə müəllim-tələbə mübadiləsinin uğurla həyata keçirildiyini bildirib.

Sonra Ardahan Universitetinin rektoru, professor Mehmet Biber rəhbərlik etdiyi təhsil ocağı haqqında geniş məlumat verib. Rektor Ardahan Universitetində rusdilli mühəndis kadrların hazırlanması üçün mühüm işlər görüldüyünü vurğulayıb.

Bu məqsədlə prof. Mehmet Biber AzTU-da inşaat mühəndisi, kompyuter mühəndisi, mexanika mühəndisi, elektronika mühəndisi və digər ixtisaslar üzrə təhsilin Azərbaycan dili ilə yanaşı rus dilində də tədris olduğunu qeyd edərək birgə əməkdaşlıq niyyətində olduğunu bildirib.

Görüşdə Ardahan Universitetinin Turizm işletmeciliği ve otelcilik yüksekokulu müdiri Yrd.Doç.Dr. Hürriyet Çimen, Fənn bilimleri institutu müdiri Yrd.Doç.Dr. Rövşen Quliyev Dr.Tamilla Əliyeva da iştirak edib.

Sonda hər iki universitet arasında aparılan müzakirələrdən sonra “Mövlanə Mübadilə Proqramı” çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Müşfiq BORÇALI,

ZiM.Az





.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: