AzTU Həmkarlar Komitəsinin Sədri "Tərəqqi" medalı ilə təltif olunub

AzTU Həmkarlar Komitəsinin Sədri "Tərəqqi" medalı ilə təltif olunub TƏBRİK EDİRİK!..

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
2 fevral 2018-ci il fevral tarixli
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında"
Sərəncamı ilə Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə bir qrup şəxs təltif olunub.

Sevindirici haldır ki, həmin sərəncamla Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar Komitəsinin sədri
Akif Əli oğlu Cahangirov "Tərəqqi" medalına layiq görülüb.

Biz də fürsətdən istifadə edərək, AzTU-nun Həmkarlar Komitəsinin sədri,
texnika elmləri namizədi, dosent Akif Əli oğlu Cahangirovu
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də, elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: