Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub

Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunubTƏBRİK EDİRİK!..

Azərbaycan Respublikası Təhsil naziri vəzifəsini müvəqqəti icra edən,
nazir müavini
Ceyhun Bayramovun
əmri ilə
Sübhan Nadir oğlu Namazov Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.


Sübhan Nadir oğlu Namazov 1971-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunda dünyaya göz açıb.
O, 1994-cü ildə Azərbaycan Texniki Universitetini “Fərqlənmə” diplomu ilə bitirdikdən sonra AzTU-da aspirantura təhsili alaraq Almaniyanın Aaxen Texniki Universitetində (RWTH Aachen) dinləyici-tədqiqatçı olub.

2007-ci ildən texnika elmləri doktoru, 2010-cu ildən isə professor olan Sübhan Namazov ümumilikdə
170 elmi əsərin, o cümlədən xaricdə dərc olunmuş 45 elmi əsərin, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan 25 məqalənin, 2 müəlliflik şəhadətnaməsinin və 1 patentin müəllifidir.

Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub Professor Sübhan Namazov 2001-2002-ci illərdə Almaniyanın Aaxen Texniki Universitetində, 2013-cü ildə Almaniyanın Rostok Universitetində, elə həmin il Polşanın Varşava Politexnik İnstitutunda və Almaniyanın Köln Tətbiqi Elmlər Akademiyasında elmi ezamiyyətlərdə olub.

Sübhan Namazov 2013-2015-ci illərdə AzTU-da Almaniyanın Köln, Avstriyanın Qraç və Polşanın Varşava Politexnik Universitetləri ilə birgə yerinə yetirilən TEMPUS layihəsi çərçivəsində “Qiymətləndirmə və keyfiyyət menecmenti” üzrə mərkəzin rəhbəri olub.

Qeyd edək ki, hazırki təyinatına qədər AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri vəzifəsində çalışan Sübhan Namazov rus, ingilis və alman dillərini mükəmməl bilir.

Biz də çox hörmətli professor Sübhan Namazovu Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..

Dr. Prof. Şikar QASIMOV,
Dr. Müşfiq BORÇALI,
ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: