O, 1980-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) «Avtomatik elektrik rabitəsi» ixtisasını Fərqlənmə diplomu ilə bitirmişdir.
1985-ci ildən həmin ali təhsil ocağında çalışır. Əvvəlcə “Elektrik rabitəsi” kafedrasında assisent, baş müəllim, 1994-cü ildən həmin kafedranın dosenti, 2009-cu ildən «Çoxkanallı telekommunikasiya sistemləri» kafedrasının professoru, 2011-2017-ci illərdə “Radiotexnika və Rabitə” fakültəsinin dekanı vəzifələrində işləyib.
Hazırda AzTU-nun «Çoxkanallı telekommunikasiya sistemləri» kafedrasının professoru vəzifəsində çalışır.
2005-ci ildə 05.13.05–«Hesablama texnikası və idarəetmə sistemlərinin element və qurğuları» və 05.12.13– «Telekommunikasiya sistemləri, şəbəkələri və qurğuları» ixtisasları üzrə doqtorluq dissertsiyasını müdafiə etmişdir.
1998-ci ildə «ТACIS» proqramı üzrə Böyük Britaniyada, 2009-cu ildə isə «ZТЕ» telekommunikasiya kompaniyasının dəvəti ilə Çin Xalq Respublikasında elmi məzuniyyətdə olmuşdur.
B.Q.İbrahimov üç monoqrafiyanın, üç dərsliyin və çoxlu sayda dərs vəsaitlərin, SSRİ, Rusiya Federasiyası və Azərbaycan Respublikasının 8 ədəd müəlliflik şəhadətnamələrinin müəllifi olmaqla, ümumilikdə 365-dən çox elmi əsəri dərc olunmuşdur.Onun əsərləri «Электросвязь», «Приборы и Системы. Управления, Контроль и Диагностика», «Известия ВУЗов Приборостроение», «Вестник связи», «Автоматизация и современные технологии», «Техника средства связи», «Автоматика и вычислительная техника», «Информационные технологии», «Телекоммуникации», «Вестник компьютерных и информационных технологий», «Optoelektronic International – Power Technologies», «Automatic Control and Computer Sciences» və s . ixtisaslaşmış, nüfuzlu mərkəzi jurnallarda çap olunmuşdur.
2009-cu ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvüdür.
B.Q.İbrahimov 1993-1995-ci illərdə Az.TU –da H.054.04.01 və 2005-2009-ci illərdə isə Azərbaycan MEA–ın Kibernetika İnstitutunda fəaliyyət göstərən D 01.121 ixtisaslaşdırılmış Elmi Şuraların və seminarların üzvü olmuşdur.
Hal-hazırda AMEA–ın Kibernetika və İnformasiya Texnologiuaları İnstitutlarında seminarların üzvüdür.
2009-cu ildən isə Az.TU-da fəaliyyət göstərən D 02.031 ixtisaslaşdırılmış Elmi Şuranın və seminarın üzvüdür.
B.Q.İbrahimov Rus və Ingilis dillərini bilir.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.