AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıbAzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb İyunun 7-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin məsul işçiləri Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq memorandumu imzalamaq üçün universitetdə olublar.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov bu əməkdaşlığın əhəmiyyətini qeyd edərək bildirib ki, imzalanan memorandumun universitetdə yüksəkixtisaslı mühəndis kadrların yetişdirilməsində büyük rolu olacaq. Tələbələrin nəzəri bilikləri təcrübə sahələrində daha da genişlənəcək.

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsul nümayəndələri -
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov və Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli çıxış edərək AzTU ilə əməkdaşlıqdan məmnun olduqlarını və yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasında kömək etməyə hazır olduqlarını bildiriblər.

Əməkdaşlıq memorandumunda elmi-texniki innovasiya sahəsində əməkdaşlıq, müştərək layihələrin hazırlanması və icrası, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsi, mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi, gənc startapçıların yetişdirilməsi, dünya əmək bazarının tələblərinə uyğun, müasir düşüncəli, mütərəqqi texnologiyaların yaradılması və tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması kimi məsələlər nəzərdə tutulub.

Razılaşmaya əsasən, Yüksək Texnologiyalar Parkı (YTP) texniki bacarıqları müəyyən etmək, müvafiq bazara çıxış proqramları ilə təminat, təhsil fəaliyyəti üçün birgə əməkdaşlıq, birgə proqramlarda tələbələri YTP-nin zəruri resursları ilə təmin etmək və bu kimi digər öhdəlikləri öz üzərinə götürüb.

Tədbirin sonunda Azərbaycan Texniki Universiteti (AzTU) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC arasında 5 illik əməkdaşlıq memorandumu imzalanıb.

Sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri universitetin laboratoriyaları ilə yaxından tanış olublar.

Qeyd edək ki, tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov, Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli, Parkın Layihələrə dəstək və biznesin inkişafı şöbəsinin mütəxəssisi Vahid Əliyev iştirak edib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: