AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib

AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib 2018-ci il sentyabrın 17-də Azərbaycan Texniki Universitetində (AzTU)
2018-2019-cu tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr edilmiş təntənəli tədbir keçirilib.


Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin AzTU-nun foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, Onun əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra universitetin binası qarşısında bu əlamətdar hadisəyə həsr edilmiş mitinq keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov tədbiri açaraq tələbələri, valideynləri, professor-müəllim heyətini və qonaqları “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Qeyd olunub ki, bu il
AzTU-nun bakalavr səviyyəsinə 1803, magistratura səviyyəsinə isə 324 gənc qəbul olunub.

Tədbirdə çıxış edənlər yeni qəbul olunmuş tələbələri təbrik edib və onların bilikli, özünə inanan, iradəli mütəxəssis kimi və ən əsası Vətənə faydalı vətəndaş kimi yetişmələrini arzulayıblar.

Tədbir qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri və tələbə biletlərinin təqdim edilməsi ilə başa çatıb.

Biz də Azərbaycan Texniki Universitetinin professor-müəllim heyətini və bütün tələbələrini yeni tədris ilinin başlanması və “Bilik Günü” münasibəti ilə ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: