Azərbaycan Texniki Universitetinin rektoru, Əməkdar Elm xadimi, texnika elmləri doktoru, professor Havar Məmmədov noyabrın 5-də Universitetin bütün fakültələrinin tələbələri ilə görüş keçirmişdir. Rektor ilk öncə dövlətin təhsilə olan qayğısından geniş danışaraq gənclərə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmələrini tövsiyə etmişdir. XXI əsrin yüksək texnologiyalar əsri olduğunu söyləyən rektor bu ali məktəbdə tədris metodlarının təkmilləşdirildiyini, müasir laboratoriyaların olduğunu bildirmiş və milli iqtisadiyyatın inkişafını təmin edən texniki və texnoloji əsaslarını mənimsəyən mühəndis kadrların hazırlanması üçün bütün şəraitin yaradıldığını söyləmişdir.
Rektor beynəlxalq əlaqələrin genişləndirilməsindən, Universitetdə uğurla həyata keçirilən layihələrdən söz açmış, tələbələri bu layihələrdə iştirak etməyə çağırmışdır.
Tələbələrlə səmimi və bir ata qayğısıyla danışan rektor onların irad və təkliflərini dinləmiş, suallarını cavablandırmış və bildirmişdir ki, istedadlı tələbələrə qayğı göstərilməsi, imkan və şərait yaradılması vacibdir.
Eyni zamanda, rektor bütün hallarda tələbələrin yanında olacağını, onları narahat edən problem olduqda isə rəhbərliyə müraciət etmələrini bildirmişdir.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.