Professor Vidadi Musayev vəfat edib

Professor Vidadi Musayev vəfat edib
Azərbaycan elminə ağır itki üz verib...
Azərbaycan Texniki Universitetinin (AzTU)
«Kompüter sistemləri və şəbəkələri»
kafedrasının müdiri, texnika elmləri doktoru,
professor Vidadi Həsən oğlu Musayev
2018-ci il noyabrın 14-də vəfat etmişdir.
Allah rəhmət eləsin...
Başın sağ olsun, Vətən!
Başın sağ olsun, Azərbaycan!..

Vidadi Həsən oğlu Musayev - 1948-ci il dekabrın 5-də
Qərbi Azərbaycanda dünyaya göz açmışdır.
1966-cı ildə Qərbi Azərbaycanda orta məktəbi qızıl medalla bitirmiş və elə həmin il Azərbaycan Texniki Universitetinin (keçmiş Ç.İldrım adına Azərbaycan Politexnik institutu) "Avtomatika və hesablama texnikası" fakultəsinə daxil olmuş, 1971-ci ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1971-1973-cü illərdə Sovet Ordusu sıralarında
zabit kimi xidmət etmişdir.
1980-cı ildə İ.M.Qubkin adına Moskva Neft və Qaz institutunda
namizədlik dissertasiyasını müdafiə etmişdir.

Professor Vidadi Musayev vəfat edib 1974-1983-cü illərdə ETLİNeft-kimya-avtomat elm-istehsalat birliyində
kiçik elmi işçi, böyük elmi işçi,
elmi-tədqiqat laboratoriyasının müdiri,

1983-cü ildən AzTU-nun
“İnformatika və kompyuter texnikası” kafedrasının dosenti,
2000-2007-ci illərdə
həmin universitetdə prorektor,
2007-ci ildən ömrünün sonuna kimi
“Kompyuter sistemləri və şəbəkələri”
kafedrasının müdiri
işləmişdir.
2011-ci ildə Azərbaycanda mühəndis kadrların hazırlanmasında və texniki elmlərin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Paylanmış parametrli mürəkkəb idarəetmə sistemləində dinamiki proseslərin tədqiqi,
“Bulud” texnologiyaları infrastrukturunun işlənməsi mövzusunda 200-dək elmi işlərin,
o cümlədən 10 dərslik və dərs vəsaitinin, bir neçə metodiki vəsaitlərin, dörd monoqrafiyanın
(onlardan biri Almaniyada nəşr edilmişdir) müəllifidir.

Yeni Azərbaycan Partiyasının, Universitet Elmi şursının, AKT fakultəsi elmi şurasının,
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu nəzdində dissertasiya şurasının,
BDU nəzdində Riyaziyyat institutunda dissertasiya şurası elmi seminarının,
“AzTU-nun Elmi əsərləri” elimi-texniki və AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun “İnformasiya Texnologiyaları Problemləri” elmi-texniki jurnallarının
redaksiya heyyətinin üzvü, iki nəfər aspiranın və bir nəfər dissertantın elmi rəhbəri olmuş
və mütəmadi olaraq doktorluq və fəlsəfə doktoru dissertasiya işlərinə opponentlik etmişdir.

Biz də şərəfli ömür yolu keçmiş, Azərbaycan elmində əvəzsiz xidmətləri olan,
Azərbaycan Texniki Universitetinin «Kompüter sistemləri və şəbəkələri» kafedrasının müdiri,
texnika elmləri doktoru, professor professor Vidadi Həsən oğlu Musayevin vəfatından
kədərləndiyimizi bildirir, onun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir
və bildirirk ki, professor Vidadi Musayevin əziz xatirəsi onu tanıyanların qəlbində
daim və əbədi olaraq hər zaman yaşayacaq...
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: