AzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub

AzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunubAzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunubAzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub AzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub AzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunubAzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub 2018-ci il Noyabrın 22-də Azərbaycan Texniki Universitetində Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

ZiM.Az xəbər verir ki,
AzTU-nun prorektoru, professor İsa Xəlilov qonaqları təqdim etdikdən sonra bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 17 may tarixli Sərəncamına əsasən reallaşıb. Mikayıl Müşfiqin 1937-ci ildə Azərbaycanın bir çox ziyalısı kimi represiya qurbanı olduğunu deyən prorektor, nakam şairin xalqımız üçün böyük və unudulmaz poeziyanı yadigar qoyduğunu vurğulayıb. Prorektor qeyd edib ki, Muşfiq XX əsr Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri olaraq ümumxalq məhəbbəti qazanıb, sözün həqiqi mənasında xalqımızın könül şairi olub.Onun adı həmişə Azərbaycan ədəbiyyatı karifeyləri ilə bir sırada qalacaq.

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitunun direktoru, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru, professor Teymur Kərimli, AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dosent Həbib Mirzəyev, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə və digərləri çıxış edərək unudulmaz şairin həyat və yaradıcılığından, ədəbiyyatımızdakı xidmətlərindən soz açıblar.

Tədbirin bədii hissəsi dosent Həbib Mirzəyevin ifasında Mikayıl Müşfiqin “Gecə düşüncəsi” şeiri ilə başlayıb.

Bədii hissədə tələbələr və tanınmış müğənilər tərəfindən şairin şeirləri, şeirlərinə bəstələnən mahnılar səsləndirilib, kompozisiyalar nümayiş olunub.

Tədbirdə AzTU-nun professor-müəllim və tələbə heyəti ilə yanaşı, Mikayıl Müşfiqin qohumları, ictimaiyyət, ədəbiyyat və KİV nümayəndələri də iştirak ediblər.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: