AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)
ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

Azərbaycan Texniki Universitetinin
"Radiotexnika və rabitə" fakültəsinin dekanı,
dosent Əhməd Məmmədov

Məmmədov Əhməd Adil oğlu - 1958-ci ildə qədim Qarayazıdakı (indiki Gürcüstan Respublikasının Qardabani rayonundakı) Kosalı kəndində dünyaya göz açıb.
1966-cı ildə Kosalı kənd orta məktəbini gümüş medalla bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki - Azərbaycan Texniki Universiteti) “Radiotexnika” ixtisasına daxil olub və 1972-ci ildə tam kursu bitirərək radio mühəndisi ixtisasına yiyələnib.
1968-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun “Ümumi və nəzəri elektrotexnika” kafedrasında laborant, laboratoriya müdiri vəzifələrində çalışıb. 1972–1974-cü illərdə Semipalatinsk şəhərində Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1979-cu ildə müsabiqə yolu ilə “Ümumi və nəzəri radiotexnika” (indiki – “Radiotexnika və televiziya sistemləri”) kafedrasının assistenti vəzifəsinə, 1986-cı ildə isə baş müəllim vəzifəsinə seçilib.

1988-2001-ci illər ərzində “Radiotexnika” fakultəsinin dekan müavini vəzifəsində çalışıb, 1993-1994-cü illərdə “Radiotexnika” fakultəsinin dekanı vəzifəsini icra edib. 2003-cü ildə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adına layiq görülüb. 2007-ci ildən “Radiotexnika” kafedrasının, hal-hazırda isə “Rabitə şəbəkələri və kommutasiya sistemləri” kafedrasının dosentidir. 2017-ci ildən Radiotexnika və Rabitə fakültəsinin dekanıdır.

120-dən çox elmi-metodiki işlərin, o cümlədən 2 dərsliyin, 9 dərs vəsaitinin və
21 tədris-metodiki vəsaitlərinin müəllifidir.
2006-cı ildən 2017-ci ilin oktyabr ayına qədər ictimai əsaslarla
AzTU Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.

Dosent Əhməd Məmmədov 2011-ci ildə AzTU-nun 60 illik yubileyi münasibətilə
Azərbaycan Respublikası Təhsil Nazirinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Ailəlidir, 4 övlad atasıdır.

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından
Azərbaycan Texniki Universitetinin "Radiotexnika və rabitə" fakültəsinin dekanı,
tanınmış alim, texnika elmləri namizədi, çox hörmətli dosent Əhməd Adil oğlu Məmmədovu
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və
şərəfli elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: