Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür
TƏBRİK EDİRİK!...

Bu gün Azərbaycan Texniki Universitetinin
“Nəqliyyat" fakültəsinin dekanı,
çox hörmətli professor Fazil Həsənovun
ad günüdür.

Həsənov Fazil Əbduləzim oğlu - 1945-ci il fevral ayının 25-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində qulluqcu ailəsində anadan olub.
1951-ci ildə Səməd Vurğun adına Qazax şəhər 2 saylı orta məktəbinin I sinfinə gedib.
1961-ci ildə orta məktəbi bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) mexanika fakültəsinə
daxil olub.
1966-cı ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirərək
“Avtomobil nəqliyyatı” üzrə mühəndis-mexanik
ixtisasına layiq görülüb.
1967-cı ildə Sovet Ordusu sıralarında xidmət edib.
Ordudan tərxis olunduqdan sonra avtonəqliyyat trestində
mühəndis, böyük mühəndis vəzifələrində işləyib.

Fazil Həsənov 1970-ci ildən Azərbaycan Texniki Universitetində çalışır.
Əvvəlcə “Materiallar müqaviməti” kafedrasında assistent, sonra baş müəllim vəzifələrində çalışıb.
1985-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi
alimlik dərəcəsinə layiq görülüb.
1986-cı ildə dosent seçilib.
2001-ci ildən isə “Nəqliyyat" fakültəsinin dekanıdır.

1977-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə,
1981-ci ildə SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə,
2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə“Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Fazil Həsənov bu günlərdə AzTU Elmi Şurasının qərarı ilə "AzTU-nun Fəxri professoru" seçilib.


Biz də "Ziya" qəzetinin və "ZiM.Az" saytının yaradıcı heyəti adından çox hörmətli Fazil müəllimi
həm ad günü, həm də "AzTU-nun Fəxri professoru" seçilməsi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: