AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilibAzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib 1018-ci il Yanvarın 18-də
Azərbaycan Texniki Universitetində (AzTU)
Qanlı Yanvar faciəsinin
29-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.


Tədbirdə əvvəlcə
faciə qurbanlarının və
Azərbaycanın müstəqilliyi,
ərazi bütövlüyü uğrunda
həlak olan qəhrəman
Vətən övladlarının xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.

ZiM.Az bidirir ki,
tədbiri giriş sözü ilə
AzTU-nun prorektoru,
professor İsa Xəlilov
açıb.
O, 20 Yanvar faciəsinin
baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb.
Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm, hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. İndi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib. Azərbaycan öz suverenliyini, müstəqilliyini qoruyub saxlamaq iqtidarına, güclü iqtisadiyyata malik bir ölkədir. Lakin dünyada bir çox separatçı və məkrli niyyəti olan ölkələr, güc mərkəzləri var ki, onlar bu cür qətliamların baş verməsi üçün planlı işlər aparırlar. 20 Yanvar kimi faciəni yaşamamaq üçün biz daim özümüzü inkişaf etdirməli, dövlət və dövlətçilik ətrafında sıx birləşməliyik.

Sonra AMEA-nın Tarix institutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev
20 Yanvar hadisələrinə zəmin yaradan tarixi faktlardan danışıb.

AzTU-nun maşın və mexanizmlər nəzəriyyəsi kafedrasının böyük elmi işçisi Süleyman Sultanov
çıxışında bildirib ki, 20 Yanvar hadisəsinə təkcə faciə kimi yanaşılmır. Azərbaycan gəncləri tərəfindən
bu tarixə qəhrəmanlıq və müstəqilliyimiz uğrunda mübarizə tarixi kimi baxılır.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: