Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55
ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

TƏBRİK EDİRİK!..

Bu gün Azərbaycan Texniki Universitetinin
“Mühəndis biznesi və menecment”

fakültəsinin dekanı,
tanınmış iqtisadçı alim,
iqtisad elmləri doktoru, professor
İlham Alıcı oğlu Aslanzadənin
ad günüdür.
Daha doğrusu, anadan olmasının
55 illik Yubileyidir.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
çox hörmətli professor İlham Aslanzadəni
Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında və eləcə də,
şərəfli elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğular arzulayırıq!..

Xatırladırıq ki, Aslanzadə İlham Alıcı oğlu
20 noyabr 1963-cü ildə anadan olmuşdur.
1980-ci ildə orta məktəbi qızıl medalla bitirmiş və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU-nun) “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması” fakültəsi
daxil olmuşdur. 1984-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək təyinatla gənc mütəxəssis kimi
Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

İ.A.Aslanzadə 1987-1990-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) aspirantı olmuş, 1992-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
Həmin vaxtdan etibarən AzTU-nun “Sənayenin iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi” kafedrasında assistent, baş müəllim vəzifələrində çalışmışdır.
2001-ci ildə ona dosent elmi adı verilmişdir.
Elə həmin vaxtdan da əvvəlcə AzTU-nun “Mühəndis biznesi və menecment” fakültəsinin təlim-tərbiyə işləri üzrə dekan müavini, sonra isə tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişdir.

İ.A.Aslanzadə 2003-cü ildən AzTU-nun “Mühəndis biznesi və menecment” fakültəsinin dekanıdır.
O, 2010-2011-ci illərdə eyni zamanda həm də “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında
müdir əvəzi
vəzifəsini icra etmişdir.

İ.A.Aslanzadə 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə
“Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

2013-cü ildə doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, 2014-cü ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın qərarı ilə iqtisad еlmləri doktoru (08.00.05 – «Хalq təsərrüfatının iqtisadiyyatı və idarə еdilməsi ixtisasları üzrə) elmi dərəcəsi verilmişdir.

İ.A.Aslanzadə 80-dən çox elmi işlərin: məqalələrin, dərs vəsaitləri və monoqrafiyanın, metodiki vəsaitlərin müəllifidir. O, Rusiyada, Türkiyədə, Polşada, Qazaxıstanda və s. keçirilmiş konfrans və simpoziumlarda
fəali iştirak etmişdir.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: