AzTU İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edəcək

AzTU İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edəcək AzTU İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edəcəkAzTU İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edəcək 2019-cu il Fevralın 6-da Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) prorektoru, professor Əli Fuad Aydının başçılıq etdiyi nümayyəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU)
olub.


AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov rəhbərlik etdiyi universitet haqqında qonaqlara geniş məlumat verib.
Görüşdə professor X.Yahudov son illər AzTU-nun kadr potensialı, elmi-texniki və beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı görülən işlərdən danışıb. İki il əvvəl İTU-nün texnoparkına etdiyi ziyarəti xatırladan rektor, AzTU-da bu cür texnopark mühitinin formalaşdırılması üçün yüksək elmi potensial olduğunu vurğulayıb və İTU ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.

İTU-nin prorektoru,
professor Əli Fuad Aydın
təmsil etdiyi təhsil ocağının tarixi, elmi-texniki bazası və beynəlxalq əlaqələrindən danışıb.
Prorektor qeyd edib ki, hazırda İTÜ-nün texnoparkı dünya üzrə Amerika Birləşmiş Ştatları və Niderland Krallığının texnoparklarından sonra üçüncü yerdədir. Bundan əlavə ERASMUS və digər beynəlxalq təhsil layihələrində aktiv iştirak etdiklərini deyən professor Əli Fuad Aydın, gəlcəkdə bu layhələrdə AzTU ilə birgə iştirakın mümkün olduğunu bildirib. AzTU-da müasir elmi-texniki potensialın olduğunu qeyd edən qonaq, İTU rəhbərliyi adından AzTU ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Görüşdə prorektor Əli Fuad Aydın professor Xalıq Yahudovu İTU-ə dəvət edib və bu səfər çərçivəsində iki universitet arasında əməkdaşlığa dair imzalanacaq müqavilə müzakirə edilib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: