AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb 2019-cu il Fevralın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının
27-cı ildönümü ilə əlaqədar
tədbir keçirilib.


Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra
AzTU-nun rektor əvəzi,
professor Xalıq Yahudov

bildirib ki, Xocalı soyqırımı
Azərbaycan tarixinə
ən dəhşətli və faciəli
səhifələrdən biri kimi
daxil olub.

Professor Xalıq Yahudov
1992-ci il fevralın 25-dən
26-na keçən gecə
Dağlıq Qarabağda
erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın hərbiçiləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etdiklərini, 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla, 613 nəfər Xocalı sakininin vəhşicəsinə qətlə yetirdiklərini deyib.

Rektor əvəzi, böyük və qəddar silahlı birləşməyə qarşı çıxaraq Xocalını və şəhərin strateji əhəmiyyətə malik olan aeroportunu müdafiə edən və bu qeyri-bərabər döyüşdə igidliklə həlak olan Şəhidlərimizdən Milli Qəhrəman Hikmət Nəzərli və Elçin Quliyev Azərbaycan Texniki Universitetinin məzunları olduğunu diqqətə çatdırıb.

Professor Xalıq Yahudov dünyanın bir çox ölkəsində bu faciənin soyqırımı kimi tanındığını qeyd edərək, ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində faciəyə zamanında hüquqi-siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin qətilyamın soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atdığını bildirib.

AzTU-nun İctimai fənlər kafedrasının professoru Qabil Hüseynli faciənin tarixi və siyasi aspektlərinə
diqqət çəkərək, Xocalı soyqırımının törədilməsində ermənilərin mənfur maraqlarından danışıb.

Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaşar ƏliməmmədovXocalı sakini Mürvət Məmmədov
XX əsrin ən dəhşətli faciələrindən olan bu insanlıq dramının canlı şahidi kimi həmin gecə baş verən
zorakılıqlardan, cinayətlərdən danışıblar.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: