1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib.
ZiM.Az xəbər verir ki,
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetin Fövqəladə Hallar və Təhlükəsizlik şöbəsinin əməkdaşlarını təbrik edərək, ölkəmizdə mülki müdfiə işinin təşkili ilə bağlı dövlət tərəfindən görülən işlərdən danışıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin təhlükəsiz şəraitdə yaşaması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini deyən rektor əvəzi qeyd edib ki, Azərbaycanda mülki müdafiə işi yüksək səviyyədə təşkil olunub.
Daha sonra AzTU-nun Fövqəladə Hallar və Təhlükəsizlik şöbəsinin müdiri Azər Hüseynov 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün tarixi haqqında ərtaflı məlumat verib. Bu ilin “Uşaqların təhlükəsizliyi və bizim məsuliyyətimiz” mövzusuna həsr olunduğunu deyən Azər Hüseynov ölkəmizdə uşaqların təhlükəsizliyi üçün yaradılan mühitdən danışıb.
Sonda Azərbaycanda mülki müdafiə işinin təşkili ilə bağlı görülən işləri əks etdirən film nümayiş olunub.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.