Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdirUlu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir Xalqımızın ümummilli lideri, böyük siyasi xadim
Heydər Əliyevin zəngin
həyat və fəaliyyəti
gənclər üçün örnəkdir.
Dahi rəhbərin siyasi
irsini dərindən öyrənmək
hər bir azərbaycanlının,
xüsusən də gənclərin
vətəndaşlıq borcudur.


- Bu fikirlər Azərbaycan Texniki Universitetində (AzTU) ulu öndər Heydər Əliyevə həsr olunan tədbirdə səsləndirilib.


Tədbiri giriş sözü ilə açan AzTU-nun prorektoru, professor İsa Xəlilov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz və xalqımız üçün gördüyü böyük işlərdən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Prorektor qeyd edib ki, Heydər Əliyev kimi dahi insanın həyat yolu və dövlətçilik fəaliyyəti əslində böyük bir məktəbdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın müstəqilliyinin dönməz və əbədi xarakter aldığına deyən professor İsa Xəlilov bildirib ki, Ulu Öndər öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub. Bəzi separatçı mərkəzlərin məkirli siyasəti nəticəsində dünyada və qonşu ölkələrdə baş verən terror hadisələrinə diqqət çəkən professor İsa Xəlilov, Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışıb, müstəqilliyimizin daha da möhkəmlənməsi üçün gəncləri dövlətimiz və prezidentimiz ətrafında sıx birləşməyə çağırıb.

Tədbirdə digər çıxış edənlər də, Ulu Öndərin strateji dövlətçilik proqramında yer alan azərbaycançılıq məfkurəsindən danışıblar. Bildirilib ki, Ümummilli Lider dövlətçilik ənənələrimizi XX əsrin sonlarında bərpa edərək zənginləşdirib və uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir, beynəlxalq nüfuzu sürətlə artır.

Maral SULTANQIZI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: