Azərbaycan Texniki Universitetinin
«Sənaye iqtisadiyyatı və menecment»
kafedrasının müdiri, tanınmış iqtisadçı-alim,
iqtisad elmləri doktoru, professor
Ramiz Kamal oğlu İsgəndərov
R.K.İsgəndərov - Azərbaycan Kənd Təsərrüfatı İnstitutununu “Kənd təsərrüfatının mexanikləşdirilməsi” ixtisası üzrə (1970-1975) və Moskva Əmək və Sosial Münasibətlər Akademiyasını “İqtisadiyyat” ixtisası üzrə (1996-1999) bitirib. Moskva Elmi-Tədqiqat Texnologiya İnstitutunun (QOSNITI) aspiranturasına (1979-1984) təhsil alıb.
1975-1976-cı illərdə 101 saylı Texniki-Peşə Məktəbində müəllim,
1976-1991-ci illərdə Bakı sənaye–pedaqoji texnikumunda müəllim,
ilk komsomol təşkilat katibi, direktor müavini,
1991-1992-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Nəzarət İnspeksiyasının baş inspektoru,
1993-2011-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının
tədris və elmi işlər üzrə prorektoru vəzifələrində çalışıb.
2011-ci ildən hazıradək Azərbaycan Texniki Universitetinin
“Sənaye iqtisadiyyatı və menecment” kafedrasının müdiridir.
Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın qərarı ilə
1988-ci ildən texnika elmləri namizədi,
2006-cı ildən iqtisad elmləri doktorudur.
(08.00.05 – «Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi» və
08.00.13 - «İqtisadiyyatın riyazi və instrumental üsulları» ixtisasları üzrə).
2010-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissyasının qərarı ilə “Ümumi iqtisadiyyat” kafedrası üzrə professor elmi adı verilib.
2006-cı ildən BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh Səfiridir.
2007-ci ildən Rusiya Federasiyasının Pedaqoji və Sosial Elmlər Akademiyasının,
2008-ci ildən Beynəlxalq İnformasiya Akademiyasının həqiqi üzvüdür.
Ölkəmizdə və bir sıra xarici ölkələrdə nəşr olunmuş 200 çap vərəqindən artıq həcmi olan
100-dən çox elmi məqalənin, 7 dərs vəsaitinin, 2 monoqrafiyanın və
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün təsdiq edilmiş 4 dərsliyin,
5 tədris proqramının müəllifidir.
R.K.İsgəndərovun rəhbərliyi altında 15-dan artıq elmlər namizədi və elmlər doktoru dissertasiya müdafiə etmişdir.
Hal-hazırda onun rəhbərliyi altında 6 aspirant çalışır.
Ailəlidir, üç övladı var.
Biz də ZiM.Az-ın yaradıcı heyəti adından,
Azərbaycan Texniki Universitetinin
«Sənaye iqtisadiyyatı və menecment» kafedrasının müdiri,
tanınmış iqtisadçı-alim, iqtisad elmləri doktoru,
professor Ramiz Kamal oğlu İsgəndərova
elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
AzTU
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.