ƏFSƏR DADAŞOVUN 55 YAŞI TAMAM OLUB

ƏFSƏR DADAŞOVUN 55 YAŞI TAMAM OLUB
TƏBRİK EDİRİK!..

Bu il Azərbaycan Texniki Universitetinin
Baş mühasibi, iqtisad üzrə fəlsəfə doktoru,
dosent Əfsər Dadaşovun yubiley ilidir!..
Anadan olmasının 55 illik yubileyi!..


Əfsər Əziz oğlu Dadaşov - 1964-cü il aprelin 8-də
Azərbaycan Respublikasının Astara rayonunda
dünyaya göz açıb.
1981-ci ildə Astara rayonunundakı Şiyəkəran kəndindəki 2 nömrəli orta məktəbi bitirərək D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-İqtisad fakültəsinə qəbul olub.
1985-ci ildə institutu müvəffəqiyyətlə bitirərək gənc mütəxəssis kimi Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) mühasibatlığına aparıcı mühasib vəzifəsinə göndərilib.
1985-1987-ci illərdə ordu sıralarında hərbi xidmət borcunu şərəflə yerinə yetirib.

Əfsər Dadaşov hərbi xidmətini başa vurduqdan sonra yenidən Azərbaycan Politexnik İnstitutunun mühasibatlığında 1991-ci ilin aprel ayına kimi əmək fəaliyyətini davam etdirib.
1991-1992 ci illərdə Xəzər universitetində, 1992-95-ci illərdə Texniki KollecBaş mühasib vəzifəsində,
1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində aparıcı təftişçi
vəzifəsində çalışıb.

ƏFSƏR DADAŞOVUN 55 YAŞI TAMAM OLUB Əfsər Dadaşov 2000-ci ilin
13 yanvarından bu günə kimi Azərbaycan Texniki Universitetinin
Baş mühasibi
vəzifəsində çalışmaqla yanaşı, həm də ardıcıl olaraq elmi-pedaqoji fəaliyyətlə də məşqul olur.
O, 2010-cu ildə "Azərbaycan Respublikası Təhsil sistemində kadr hazırlığı xərclərinin səmərəli istifadəsinin əsas istiqamətləri" mövzusunda namizədlik disertasiyası müdafiə edib.
2014-ci ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2018-ci ildə isə Azərbaycan Texniki Universitetinin Elmi Şurasının qərarı ilə dosent elmi adı verilib.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından Azərbaycan Texniki Universitetinin Baş mühasibi,
iqtisad üzrə fəlsəfə doktoru, dosent Əfsər Dadaşovu anadan olmasının 55 illik yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də əmək və
elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: