AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim heyətinə təqdim olunub

TƏBRİK EDİRİK!..

AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim heyətinə təqdim olunub AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim heyətinə təqdim olunub
Azərbaycan Respublikası
Təhsil naziri
Ceyhun Bayramovun
əmri ilə
tanınmış alim,
texnika elmləri doktoru,
professor
Elton Məmmədov
Azərbaycan Texniki
Universitetinin (AzTU)
Strateji inkişaf üzrə
prorektoru
təyin edilib.

2019-cu il mayın 13-də
AzTU-nun rektor əvəzi,
professor
Xalıq Yahudov
universitetdə
yeni təsis olunan
Strateji inkişaf üzrə
prorektor vəzifəsinə
təyin olunan
Elton Məmmədovu
kollektivə təqdim edib.

Qeyd edək ki,
Məmmədov
Elton Arzuman oğlu
-
1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində
anadan olub.

2007-ci ildə “Maye yanacaqların istilik-fiziki xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru
alimlik dərəcəsi alıb.

Elton Məmmədov 2000-ci ildə Ucar rayonundan II çağırış, 2005-ci ildə III çağırış
2010-cu ildə IV çağırış Azərbaycan Respublikası Milli Məclisideputat seçilib.

Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2014-cü il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə
professor Elton Məmmədov "Şöhrət" ordeni ilə təltif edilib.

Uzun illərdir ki, AzTU-da elmi-pedaqojı fəaliyyət göstərən Elton Məmmədov bu təyinata qədər
universitetin “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi
və tətbiqi”
elmi-tədqiqat laboratoriyasının müdiri
vəzifəsində çalışıb.
O, hazırda “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının professorudur.

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından tanınmış alim, texnika elmləri doktoru,
professor Elton Arzuman oğlu Məmmədovu Azərbaycan Texniki Universitetinin (AzTU)
Strateji inkişaf üzrə prorektoru təyin olunması münasibətilə ürəkdən təbrik edir
və ona yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: