AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub

AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunubAzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı əsasında
görkəmli Azərbaycan
şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin
650 illik yubileyi
respublikamızın hər yerində
təntənə ilə qeyd olunur.
Belə təntənəli yubiley
tədbirlərindən biri də
2019-cu il aprelin 24-də
AzTU-da keçirilib.


Tədbiri giriş sözü ilə açan AzTU-nun prorektoru, professor İsa Xəlilov açıb.
O, əsrlərdən bəri qorunub saxlanılan və bu gün də öz aktuallığını itirməyən Şərqin dahi söz ustası İmadəddin Nəsiminin poeziyasının öz fəlsəfi yaradıcılığı ilə seçilən ədəbi məktəb olduğunu bildirib.
Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə bu gün də yüksək qiymət verildiyini qeyd edən professor, Nəsimi irsinin müasir dövrümüzdə də insanların mənəvi kamilləşməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Sonra Azərbaycanın Xalq artisti, Respublika Dövlət Mükafatı laureatı hörmətli Şeyx Əbdül Mahmudbəyov, Əməkdar incəsənət xadimi, Milli Konservatoriyanın xanəndəlik kafedrasının baş müəllimi, tanınmış xanəndə hörmətli Hacı Aqil Məlikov, Azərbaycan Respublikasının Əməkdar artisti Xalidə xanım Quliyeva, Bakı Musiqi Akademiyasının kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev, İmadəddin Nəsimi yaradıcılığının tanınmış tədqiqatçısı Hacı Fərəc və b. çıxış edərək, dahi şairin həyat və yaradıcılığından söz açıblar və Azərbaycan tarixinə fəlsəfi şair kimi daxil olan Nəsiminin yaradıcılığında təsvir olunan müdrik və kamil insanlığın təbliğindən danışıblar.

Daha sonra Azərbaycanın tanınmış xanəndələrindən - IV Respublika muğam müsabiqəsinin qalibi
Hüseyn Məlikov
un və Azərbaycan Dövlət Opera və Balet teatrının solisti Mütəllim Dəmirovun muğam ifaları və AzTU tələbələrinin şairin poeziyasından hazırladıqları kompozisiyalar təqdim olunub.

Tədbirdə Azərbaycan Tibb Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Natəvan xanım Hacıyeva, Əməkdar jurnalist, “Qızıl Aypara” cəmiyyətinin vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə, eləcə də Nəsimi yaradıcılığı ilə sıx bağlı olan ölkəmizin tanınmış kino, mədəniyyət və incəsənət korifeyləri, xadimləri iştirak ediblər.

Qeyd edək ki, Texniki Universitetin kitabxanasında İmadəddin Nəsiminin yubileyinə həsr olunmuş ayrıca guşəyə də yaradılıb və kitabxanaya gələn tələbələr dahi şairin poeziyası ilə yaxından tanış olurlar.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: